Rusiyada vertolyot qəzasında 18 nəfər ölüb

Rusiyanın Krasnoyarsk diyarında "Mi-8" tipli sərnişin vertolyotu qəzaya uğrayıb. İlkin ehtimala əsasən, onun göyərtəsində üç nəfər ekipaj üzvü olmaqla 18 nəfər olub və onların hamısı həlak olub.

Təyyarənin eniş yeri artıq müəyyən edilib. İlkin məlumatlara görə, qəza texniki nasazlıq və ya pilotun səhvi nəticəsində baş verib.