Ərdoğanın kortejində qəza, 5 polis yaralandı - Foto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın kortejini müşayiət edən polis avtomobili qəzaya düşüb.

Türkiyə KİV-nə istinadən xəbər verilir ki, hadisə Artvin-Arhavi yolunda baş verib.

Polislərin avtomobili əks yola çıxan və sürücüsü bilinməyən yük maşınına çırpılıb. Qəzada 5 nəfər polis əməkdaşı yaralanıb. Xəstəxanaya yerləşdirilən polislərin vəziyyətinin yaxşı olduğu deyilir.