Sabirabadda mikroavtobus qəzaya düşüb, ölən var

Sabirabad rayonunda sənişin mikroavtobusu qəzaya düşüb.
 
"Report” xəbər verir ki, hadisə fevralın 22-də rayonun Qaratəpə kəndi ərazisində  baş verib.
 
Belə ki, "Ford" markalı sərnişin mikroavtobusu yük maşını ilə toqquşub. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 1-i ölüb, 4-ü ağır bədən xəsarətləri alıb. 
 
Hadisə zamanı Beyləqan rayonunun Dünyamalılar kənd sakini, 1975-ci il təvəllüdlü Fuad Hidayət oğlu Şükürov hadisə yerində ölüb.
 
Yaralılar:
 
1975-ci il təvəllüdlü Orucov Kənan Əli oğlu,
1962-ciil təvəllüdlü Rzayev Nadir Əsgər oğlu,
1997-ci il təvəllüdlü Quliyeva Səidə Əşrəf qızı,
 
Yaralılar Sabirabad  Rayon və Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlardan birinin şəxsiyyətini hələlik müəyyən etmək mümkün olmayıb. 
 
Faktla bağlı araşdırma aparılır.