Həbsxanalarda yaşanan özbaşnalıqlar, Ədliyyənin müvafiq şikayətlərə laqeyd yanaşması çoxsaylı qanun pozuntularına yol açmaqdadır. Buna etirazlar isə sərt qadağa dili ilə susdurulma bəzən ölüm həddinə qədər yüksələn cinayət faktları sırasındadır.
Tale Bağırzadə cəza çəkdiyi 12 saylı müəssisədə yaşanan ağır böhranlı vəziyyəti qeyd edərkən burada törədilən özbaşnalıqlara diqqət çəkib. “Cinayəti təkcə həbsxana divarları gizlətmir. Bəzən müəssisə rəhbərini həmin idarəyə yerləşdirən məmurun da nüfuzu bu işdə az rola malik deyil. Əks halda ölümlə baş-başa qalan məhbuslara qarşı bu tip vəhşi davranış əsla icra olunmazdı”
İlahiyyatçı hal-hazırda Penitensiar Xidmətin Müalicə Mərkəzində olan iki məhbusun yaşadıqların qeyd edib: “Əli Cəfərov müəssisə rəhbərliyinə ona qarşı haqsızlıq, özbaşnalıqlarla bağlı dəfələrlə şikayətlər edib. Lakin onun şikayətlərinə nəinki baxılmayıb, hətta şikayət etdiyi üçün fiziki işgəncələr yaşamağa məcbur qalıb. Nəticədə avqustun sonlarında o, bu haqsızlıqlara etiraz olaraq ayaq barmağını kəsərək bədənindən ayırıb.
Acınacaqlı hal bu olub ki, onun bu addımını onun özünə qarşı cəzaya çevirib. Bu ağrının hər kəsə dərs olması üçün rəhbərlik onu hər növ tibbi yardımdan məhrum edib. Bu isə açıq yarada kəskin infeksiyaya yol açıb ki, nəticədə ayağı qanqrenaya gətirib çıxarıb. Bir neçə gün öncə o, ağır vəziyyətdə Müalicə Mərkəzinə köçürülüb.”
Müəsisədə özbaşnalıqlara etiraz edən digər məhbus Cəfərov İsmayıl karserdə olarkən rəhbərliyin göstərişi ilə oranın bütün qapı və pəncərələri bağlanıb. Yayın isti günündə havasızlıq yaranınca müəsisə işçiləri bildirir ki, onlara bu işgəncə İsmayıla görə verilir. Onun etiraz etməsi rəhbərliyi qəzəbləndirib ona görə də hamınız onun “günahına” görə cəzalanırsız. İsmayıl Cəfərov bu addıma etiraz etsə də, onun sözlərinə məhəl qoyulmama səbəbindən o, elə karserin pəncərə şüşəsini qıraraq bu şüşə vasitəsi ilə qarın nahiyəsindən özünə çoxsaylı ağır xəsarətlər yetirib. Hal-hazırda vəziyyəti ağır olan İsmayıl da Müalicə Mərkəzindədir.
Sadalananlar müəssiədə yaşanan özbaşnalıqlar, qanunazidd çoxsaylı addımlardan kiçik nümunələrdir. Cəzasızlıq mühiti müəsisədə qanunsuz addımların icrasına rəvac verməkdə davam edir ki, bunun qarşısı alınmazsa bu ağır faciyəyə yol aça bilər.
12 saylı müəssisədə özbaşnalıqlar sözün əsil mənasında dəhşətdir