Nikaraqua, Kolumbiya, Liviya, Meksika, Fələstin, İspaniya və Türkiyədən sonra Çili də Cənubi Afrika Respublikasının qatil İsrailə qarşı açdığı soyqırım iddiasına müdaxilə edəcəklərini açıqlayıb. Çili Qəzzada soyqırım işinə müdaxilə edən 8-ci ölkə oldu.
Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Çilinin Cənubi Afrikanın sionist İsrailə qarşı Soyqırım Konvensiyasını pozması səbəbi ilə açdığı işə müdaxilə etmək üçün bildiriş verdiyini açıqlayıb.
ICJ-dən verilən yazılı açıqlamaya görə, Çili də Birləşmiş Millətlər Təşkilatının (BMT) 1948-ci il tarixli Soyqırımın qarşısının alınması və cəzalandırılmasına dair Konvensiyası çərçivəsində Cənubi Afrika Respublikasının işğalçı İsrailə qarşı açdığı iddiaya qoşulacağını bildirib.
Bildirilib ki, Çilinin müdaxilə barədə bildirişinə səbəb “(Soyqırım) Konvensiyasının bu işə aidiyyəti olan müddəalarının təfsirinə dair öz fikirlərini təqdim etmək istəməsidir”.
Bildirişdə vurğulanıb ki, Məhkəmə xüsusilə İsrailin yüksək rütbəli rəsmilərinin soyqırımı çağıran bəyanatlarından istifadə etməsini nəzərə almalıdır.
Məhkəmə Cənubi Afrika və İsraili Çilinin müdaxilə bəyannaməsinə yazılı şərhlər təqdim etməyə dəvət etdi.
Çili, Nikaraqua, Kolumbiya, Liviya, Meksika, Fələstin, İspaniya və Türkiyədən sonra Qəzzadakı soyqırım işində iştirakını bəyan edən 8-ci ölkə oldu.
Daha bir ölkə İsrailə qarşı qaldırılan soyqırım iddiasına daxil olub