Jurnalistləri Mudafiə Komitəsi (CPJ) jurnalist Şəhla Kərimin başına gələn hadisəni araşdırmağa çağırıb.
Bu barədə Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin məlumatında deyilir.
Təşkilat azərbaycanlı jurnalist Şəhla Kərimin saxlanılmasını və peşə fəaliyyətini həyata keçirdiyi yerdən zorla kənarlaşdırılmasını pisləyib.
"Jurnalist Şəhla Kərimi seçkiləri və onlarla bağlı etirazları işıqlandırmasına mane olmaq üçün peşə fəaliyyətini həyata keçirdiyi yerdən zorla yüzlərlə kilometr uzaqlaşdırıblar. Bu, Azərbaycanda jurnalist təqibinin və mətbuata qarşı qanunsuzluğun daha bir nümunəsidir", bu barədə JMK-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Said bildirib.
O qeyd edir ki, Azərbaycan hakimiyyəti Kərimin saxlanılmasında təqsirli olanları müəyyən etməli və məsuliyyətə cəlb etməli, jurnalist avadanlığının ona qaytarılmasını təmin etməlidir.
Sentyabrın 6-da Neftçala Dairə Seçki Komissiyası önündə etiraz aksiyası keçirən zaman deputatlığa namizəd Vəfa Nağıyevə polis əməkdaşları tərəfindən saxlanılıb. Nağıyeva ilə bərabər onun vəkili Seymur Abbas və jurnalist Şəhla Kərimli də saxlanılıb.
Şəhla Kərim JMK-ya bildirib ki, o, dəfələrlə jurnalist olduğunu bildirib, hadisədən yayımladığı videoda da bu, eşidilir, lakin hüquq-mühafizə orqanlarının əməkdaşları buna məhəl qoymayıblar.
Jurnalistin sözlərinə görə, onu saxlayan şəxslər "əmri" yerinə yetirdiklərini bildiriblər və onlara mobil telefonla növbəti addımları haqqında göstərişlər verilirdi.
Şəhla Kərim bildirib ki, təxminən dörd saat sonra onları Bakı ətrafında maşından endiriblər və Kərimin mikrofonunu saxlayıb, telefonları qaytarıblar.
“Mətbuata qarşı davam edən repressiyalar 13 müstəqil jurnalistin böyük iqtisadi cinayətlərdə ittiham olunmasına gətirib çıxarıb, bu da müstəqil KİV-ləri seçkiləri adekvat şəkildə işıqlandırmaq imkanından məhrum edib", deyə JMK-nın məlumatında bildirilir.
Komitə Azərbaycan DİN-ə elektron məktub göndərib, lakin cavab almayıb.
Jurnalist özü isə bildirib ki, yaxın günlərdə vəkillə məsləhətləşmələrdən sonra qeyd edilən hadisə ilə bağlı rəsmi şikayət verəcək.
Rəsmi Bakı ölkədə media azadlığının tam təmin edildiyini, hökumətin medianın inkişafına daim yardım göstəridiyini, jurnalistlərin mənzil şəaritinin yaxşılaşdırlması üçün onlara mənzillər bağıladığını bidlirir. Bununla yanaşı ölkə beynəlxalq medi azadlğı indeksində 180 ölkə arasında 164-cü yerdə qərarlaşıb. Hazırda ölkədə 20-dən çox media əməkdaşı həbsdədir. Hökumət media əməkadşlarının peşə fəaliyyəti ilə bağlı deyil, bir istintaq araşdıması üzrə saxlanıldığını bəyan edib.
AmerikanınSəsi
Jurnalistləri Mudafiə Komitəsi jurnalist Şəhla Kərimin saxlanılmasını araşdırmağa çağırıb