12 saylı cəzaçəkmə müəssisəsində qanunsuz olaraq video görüntülü danışmaq hüququ məhdudlaşan məhbusun bu məsələyə etirazı Ədliyyədə baş verən hallar kimi özünəməxsus bitib. Video görüntüsü qadağalanan Fuad Əsgərov bununla bağlı müəssisə rəhbəri Babək İsgəndərovun qəbulunda olsa da məsələ dəyişmədən qalıb. Buna görə də sentyabrın 5-dən F. Əsgərov bu qanunsuzluğa etiraz edərək aclıq aksiyasına başlayıb.
Onun bu haqlı istəyinin zonda digər məhbuslar tərəfindən də dəstəkləndiyini görən müəssisə rəhbərliyi bu dəfə də məsələni özünə məxsus həll edib. Belə ki, müəssisə işçiləri Fuada bildiriblər ki, rəis onun vəziyyətindən xəbərdardır və onunla görüşüb məsələni yoluna qoymaq istəyir.
Fuad Əsgərov da rəisin qəbulu adı ilə qəbul otağına gedir və gördüyü səhnədən təəccüblənir. Aldadılan məhbus burada onu gözləyən müəssisə maşınına mindirilərək 7 saylı cəzaçəkmə müəssisəsinə köçürülür. O, bütün bunlara etiraz etsə də, Fuadın istəyinə məhəl qoyulmur.
Hal-hazırda 7 saylı cəzaçəkmə müəssisəsində olan Fuad Əsgərov karantinə alınıb. O, özü mövcud hadisələrə etiraz olaraq aclığını davam etdirir və tələb edir ki, onu gətirdikləri 12 saylı müəssisəyə yenidən geri qaytarsınlar.
Ədliyyənin özünəməxsus iş qaydasında mövcud hallar “məsələ həllinə” yönəli çoxsaylı təcrübələrin nəticəsidir. Şəxsin videogörüntülü danışıq haqqı tanınmalı olduğu halda rəhbərlik bu məsələyə möhür vurmaq üçün məhbusu başqa zona köçürür. Səbəb isə bu müəssisədə onun haqlı istəyinin çoxluq tərəfindən dəstəklənməsidir.
Ədliyyədə növbəti özbaşnalıq, “Məni rəislə görüşmək adı ilə...”