"Bavariya" rəqibini darmadağın etdi

Almaniya Bundesliqasında üçüncü turun oyunları keçirilir.

Operativtv Unikal-a istinadən xəbər verir ki, "Bavariya" səfərdə çempionatın debütantı "Holştayn"nın qonağı olub. Münxen klubu rəqibinə rəhm etməyib və ev sahiblərinin qapısından altı top keçirib. Harri Keyn het-triklə yadda qalıb. Autsayder klub bu qollardan yalnız birinin əvəzini çıxmağı bacarıb - 1:6.

"Bavariya" 9 xalla çempionatın lideridir. "Holştayn" isə heç bir xalı olmadan sonuncu pillədə qərarlaşıb.