Keçmiş “Gəncə məhbusu” həbsxanada qanunsuzluqlara etiraz edir

Siyasi məhbus Alim Yusifov Ədliyyənin özbaşnalıqlarından cana yığıldığını və bu səbəbdən aclığa başlayacağını bildirib. O, ailəsi ilə görüş zamanı 8 gündür karantin müddətinin bitməsinə baxmayaraq onun yenə də açıq zona buraxılmadan qanunsuz olaraq karantində saxlanılmasına etiraz edib.
Yusifov Alim Vahid oğlu keçmiş “Gəncə məhbusu”dur. 2018-ci il Gəncə hadisələrindən sonra zonada kütləvi təmizləmə zamanı Alim də həbsə alınmış və 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin 2020-ci ildə əfv sərəncamı onu müddətdən əvvəl azadlığa qovuşdurmuşdu.
İnanclının ikinci həbsi bu dəfə Azərbaycanı bürüyən və hələ də davam edən anti-şiə hərəkatı çərçivəsində gerçəkləşən həbslər dövründə həyata keçirilib. 2023-cü il 31 yanvar tarixində Şəmkir polisləri tərəfindən saxlanılan Alim barəsində narkotiklərlə bağlı ittiham irəli sürülüb. Uzun sürən istintaq və məhkəmə çəkişmələri əfv olunan cinayət işini də Alimin istintaqına ağırlaşdırıcı hal olaraq daxil edərək onu 2024-cü il may ayının 6 da 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
İyul ayında Alim Qaradağ rayonunda yerləşən Umbakıya köçürülərək burada 1 ay karantində saxlanılır. Müddətin tamamında, avqustun 24-də Alim müəssisəyə buraxılmaq əvəzinə gözlənilmədən onun, müəssisəsi dəyişdirilərək 11 saylı müəssisəyə gətirilir. Ailəsi bununla bağlı baş idarədə Fikrət Qafarovun qəbulunda da olur. İdarədə 11 saylı müəssisənin onun üçün daha uyğun olduğu söylənilərək Alim 1 həftəlik karantinə alınır.
Müəssisə rəsmi sənədlərdə karantin müddətini sentyabrın 7-də bitirsə də, artıq bir həftədir ki, Alim Yusufov qanunsuz olaraq karantində saxlanılır. Onun özü bu qərara etirazını bildirib.
Müəssisədən Alimə deyilib ki, o ərizə yazmalı və Ali Məhkəməyə getmək istəyində olmadığını bildirməlidir. Bundan sonra o, həbsxanaya buraxıla bilər. A. Yusufov bildirib ki, o, Ali Məhkəmədə öz hüquqlarını özü qorumaq üçün iştirak edir deyə adı çəkilən ərizəni yaza bilməz.
Mövzu bu günə qədər Alimin karantin otağında qalması, müəssisə rəhbərliyinin bu məsələdə israrı olaraq qanunsuz qərarı qüvvədə saxlayıb. Alim Yusufov karantin müddətinin uzanacağı halda isə aclıq aksiyasına başlayacağı ilə bağlı xəbərdarlıq edib.