Mövzu olaraq məzhəbi baxışlardan dolayı zidd fikirlərin mövcud zamanda yalnız və yalnız ziyanlı olması bəllidir. Xüsusi olaraq İslam dünyası son on illiyi məzhəb ayrı seçkiliyini kənara qoyması fonunda bir çox uğurlara imza atması bu addımın deyilənlərə bariz nümunədir. Təsadüfi deyil ki, İŞİD-in yaradılması da sünnü adı altında şiəliyə qarşı anti təbliğat olaraq Qərb tərəfindən dağıdıcı bir qüvvənin meydana gəlməsi, bu birləşmədən duyulan təhlükə səbəbinə idi. Əks halda İŞİD bircə dəfə olsa öz sünnü əqidədaşlarını qətlə yetirən sionistləri belə hədəfə ala bilərdi ki, bunun da baş verməməsi bəlli, İŞİD yaradıcılarının tək hədəflərinin şiəlik olmasıdır.
Bu gün sünnü və şiə (bu sətir bəzilərinin narahatlığına səbəb olsa da) qardaşlığı davam edir, genişlənir və böyüyür. Növbəti onillikdə dünyanın heyranlıqla seyr edəcəyi dəyişiklik də məhz bu yaxınlaşmanın əməli nəticəsi olacağı şübhəsizdir.
Bu nöqtədə Azərbaycanda gerçək sünnü-şiə münasibətlərində dostluq yüz illiklərə söykənir ki, qeyd edilən fikrə heç zaman sünnü və şiələr arasında ölkəmizdə məzhəbi ziddiyyətlərin olmaması bariz nümunədir. Əlbəttə biz sünnülük deyərkən səhvən kimsə bunu siyasi cərəyan olaraq inkarçı xəvaric təfəkkürü ilə qarışıq salmamalıdır. Xəvaric düşüncəsi İslama yeridilməyə çalışılan ağır xərçəng virusudur ki, heç bir təriqət olun varlığını qəbul etmir.
Sünnülərlə münasibətlərdə xoş bir mühitin olması fonunda ilahiyyatçı Nihat Hatipoğlunun Azərbaycana səfəri bu nöqtədə müsbət də dəyərləndirilməlidir. Tanınmış din xadiminin əxlaqi düşüncələri, adutoriya ilə Heydər Əliyev Sarayında yaxın ünsiyyət qurması yalnız xoş təəssürata səbəb ola bilər. Lakin məsələdə qaranlıq qalan tərəf ölkədə dini-şiəliyi sərt qadağalayan rejimin birdən-birə Türkiyənin tanınmış sünnü ilahiyyatçısının böyük əksəriyyəti şiə olan bir ölkəyə gəlməsinə açdığı qucaqdır.
Bəllidir ki, sayları min üzərini ötdüyü deyilən şiə inanclılarının son iki ildə reperessiv həbsləri, hətta Avropa-Qərbin belə etiraz hədəfində oldu. 70-ə yaxın günahsız ruhanisi həbslərə salınan və hər növ dini mərasimlər, görüş və tədbirlər qadağalanmış bir ölkə üçün Hatiboğlunun səfəri yetərli şübhələr ortaya qoyur. Şiələrin kütləvi həbsindən, qadağa və təzyiq altında saxlanılmasından sonra böyük sünnü aliminin Azərbaycana dəvət alaraq böyük kütlə önündə çıxışında səmimiyyət axtarmaq sadəcə sadəlövlük olardı. Heç olmasa ona görə ki, bu gün Hatipoğlu qədər öz xalqını tanıyıb onun eyni istəklərini qarşılaya biləcək Azərbaycandakı heç bir şiə ruhanisinə yaradılmayan bu imkan reperessiv həbslərdən sonra niyə sünnü ruhanisinə yaradılsın ki?
Birmənalı olaraq bu məsələnin arxasında hakimiyətin beyinləri qarışdırıb dini düşüncədə çaşqınlığa səbəb olan, nəticədə özünün düşündüyü dini formalaşadıran bir layihə durduğu gün kimi aydındır. O, həbslərin arxasınca ölkədə zərərli dini ideyaların yayılmasına geniş zəmin yaratması, onlara efir məkanına qədər hüququn tanınması, cümə namazlarının küçələrə qədər uzanmasına göz yunması kimi hallarla əsil fikirini artıq ortaya qoyub. Ardınca Hatipoğlunun saraya dəvəti bu planın hələ də davam etməsi və ölkənin qarışıq bir dini inancla idarəsi asan olan kütləyə çevirmə siyasəti hakimiyyətin hələ də arzulanan nəticəni əldə edə bilməməsini göstərir. Lakin çoxsaylı layihə və dağıdıcı cəhdlərin davam edəcəyi şübhəsizdir. Hatiboğlu bu layihənin yumşaq tərəfdən ilk addımı kimi dəyərləndirilə bilər.
Hatipoğlunun Azərbaycana dəvəti hakimiyyətin anti-şiə təbliğatının davamıdır