Kluni Ədalət Fondu və Birləşmiş Ştatlarda yerləşən Gibson Dunn hüquq firması həbsdə olan azərbaycanlı müxalif siyasətçi Tofiq Yaqublunun məhkəmə işini monitorinqə götürdüyünü açıqlayıb.
Kluni Ədalət Fondunun beynəlxalq səviyyədə ədalətsiz mühakimələrlə mübarizə aparan TrialWatch təşəbbüs qrupu BMT ekspertlərinə Tofiq Yaqublunun işinin araşdırılması üçün müraciət etdiyini bildirib.
“Mən deyərdim ki, Tofiqə qarşı açıq-aşkar təqib nümunəsi var. O, siyasi fəaliyyətinə görə 25 ildir ki, hökumət tərəfindən təqib olunur”, Yaqublunun işini izləyən TrialWatch eksperti, hüquq professoru Darril Braun qeyd edib.
Braun bildirib ki, TrialWatch Yaqublunun işini izləyərək məhkəmənin ədalətliliyi və məhkəmə icraatının beynəlxalq hüquqa uyğunluğu barəsində qiymətləndirmə aparacaq.
Sənədlərin saxtalaşdırılmasında və dələduzluqda ittiham olunan Tofiq Yaqublu ötən il dekabrın 14-də saxlanılıb və məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib. Həbs qətimkan tədbiri sonradan bir neçə dəfə uzadılıb.
Tofiq Yaqublu iddiaları qəbul etmir, həbsini siyasi sifarişli, ittihamları isə saxta adlandırır. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları siyatəçinin həbsini siyasi motivli hesab edir.
Milli Şuranın və Müsavat partiyasının üzvü olan siyasətçi bundan əvvəl 2020-ci ilin martında saxlanılıb, sentyabr ayında cinayət ittihamı ilə dörd il üç ay müddətinə həbs cəzasına məhkum edilib. Yaqublu bu qərarla bağlı aclıq aksiyasına başlayıb və sentyabrın 18-də məhkəmə qətimkan tədbirini dəyişdirərək onu ev dustaqlığına buraxıb.
TrialWatch Yaqublunun 2020-ci ildəki məhkəmə işi barəsində hazırladığı hesabatında ona qarşı bir sıra qanun pozuntularının baş verdiyini, ədalətli və qərəzsiz məhkəməyə çatımlılıq hüququnun pozulduğunu aşkarlayıb.
“Mən onun qarşıdan gələn dələduzluqda ittiham edildiyi məhkəməsindən narahatam, çünki hökumətin eyni cür ədalətsiz prosesi təmin edəcəyinə inanmaq üçün hər cür əsas var. Onu 2024-cü ildə 2020-ci ildəkindən daha ədalətli mühakimə edəcəklərini düşünmək üçün heç bir səbəb yoxdur”, Darril Braun vurğulayıb.
Dəfələrlə inzibati həbs cəzalarına məhkum edilən Tofiq Yaqublu, həmçinin 2013-cü ildə İsmayıllı hadisələrindən bir gün sonra həbs edilib və 5 il müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bügünədək Yaqublunun şikayətləri üzrə müxtəlif illərdə çıxardığı bir neçə qərarında onun azadlıqdan məhrum edilməsini qanunsuz hesab edib, siyasətçiyə münasibətdə ədalətli məhkəmə hüququnun pozuntusunu tanıyıb.
Beynəlxalq insan haqları vəkili Amal Kluni və həyat yoldaşı tanınmış aktyor Corc Kluni tərəfindən yaradılan Kluni Ədalət Fondunun TrialWatch təşəbbüs qrupu missiyasının beynəlxalq miqyasda ədalətsizliyi ifşa etmək, haqsız yerə həbs edilənlərin azad edilməsinə kömək etmək və bütün dünyada qanunun aliliyini təşviq etmək olduğunu qeyd edir.
Təşəbbüs qrupu əldə etdiyi məlumatlardan gələcəkdə ölkələrin ədliyyə sistemlərini qiymətləndirən Qlobal Ədalət İndeksini dərc etmək üçün istifadə edəcəyini bildirir.
AmerikanınSəsi
Kluni Ədalət Fondu Tofiq Yaqublunun işini monitorinq edir