Yeni təhsil ilinin ilk günüdür. Minlərlə şagirdlər, eyni halda tələbələr təhsil ocaqlarına üz tutur. Azərbaycanın gələcəyi olan övladlarımız elmin təməl oaraq möhkəmləndirəcəyi sabahında bilik sonsuz əhəmiyyətə malikdir. İnkişafın millət olaraq qorunmasında, xalq olaraq inkişafında, toplum olaraq inteqrasıyasında elm çıraq rolunu oynayır. Ətrafı aydın, parlaq və dəqiq müşahidə etmək, rossianal addım atmaq üçün xüsusi rola malikdir.
Lakin təhsil zirvələrə yüksəlmək üçün sıfırları artıran bir ocaq olaraq pillələr müəyyən etdiyi kimi bu pillələrə qalxmaq üçün şəxsiyyət həmən sıfırlar önündə əhəmiyyətli rola malik olan rəqəm sayılır. Siz saysız hesabsız sıfırları düzəcəyiniz halda onun önündə rəqəmin olmaması bu sıfırları elə sıfır səviyyəsindən yüksəyə qaldırmayacaq. Sıfırların önündəki rəqəm onlar on, yüz, min və üzü yuxarı yüksəlmə amili olacaq.
Bu günün təhsili sonsuz sıfırlar bəxş edə bilər, lakin təhsilin önündə şəxsiyyət deyilən bir məfhum-rəqəm mütləq durmalıdır. Ailədən başlayan şəxsiyyətin formalaşdırılması tədris həyatında möhkəmlənərək elmin ziyası ilə sabahın dəyərli vətəndaşını ortaya qoya bilmirsə bu təhsilin heç bir əhəmiyyəti olmayacağı gün kimi aydındır. Müəllimlərin simasında möhkəmlənən şəxsiyyət, aşılanan kimlik təkcə ziyalı deyi, özünü vəzifəyə, pula, tərifə satmayacaq bir sima ortaya qoymalıdır. Təhsillə silahlanmış bir əsgər yetişən şagird, tələbə öz ölkəsini hərtərəfli qorumaq qüdrətinə malik ola biləcək gücdür. Bunun üçün o, ilk növbədə şəxsiyyətin nə olduğunu anlamalı, bu dəyərli atomun əldə olunub qüdrət tapması üçün bütün gücünü səfərbər etməlidir.
Son illərin təqdimatında bu yöndəki nəticələr bəzən sabah haqqında nikbinliyin enişini sərgiləyəcək xoş notlar ortaya qoymur. Buna görə də bir daha təhsil müəssisələri şəxsiyyətin formalaşdırılmasını təhsilin əhəmiyyətindən az rola malik olmadığına diqqəti artırmalı, Azərbaycanın gələcəyində əsas aspekti diqqətdən yayındırmamalıdırlar.
Şübhəsiz bu istiqamətdə ailələr üzərinə düşən rol təhsil olacqlarından az sayılmamalıdır. Birlikdə gələcəyin təhsilinə arxasında kimlik, şəxsiyyət duran bir nəticə verilməsi üçün səylər göstərilməlidir.
Şəxsiyyət üzərində bilik