İsrailin BMT məktəblərinə etdiyi hücumlarda azı 563 fələstinli həlak olub

İsrailin 2023-cü il oktyabrın 7-dən etibarən Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) məxsus məktəblərə etdiyi hücumlar nəticəsində azı 563 fələstinli həyatını itirib.

Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin sentyabrın 11-də yaydığı bəyanata görə, BMT-yə aid 190 obyekt və ya mərkəz İsrailin hücumları nəticəsində qismən və ya tamamilə dağılıb.

Agentliyin Qəzza üzrə rəsmisi İnas Hamdan yaşananların şokedici olduğunu deyib.

İnas Hamdan qeyd edib ki, müharibə başlayandan bəri Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) məxsus məktəblərə edilən hücumlar nəticəsində azı 563 nəfər ölüb, 1790 nəfər yaralanıb.

İsrailin hücumları nəticəsində indiyədək 200 BMT əməkdaşının həyatını itirdiyini bildirən Hamdan lazımi təhlükəsiz mühitin təmin edilmədiyi təqdirdə Qəzzada humanitar vəziyyətin daha da pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib.

 

 

Az.shafaqna