İmam Həsən Əskərinin (ə) şəhadət günü Samirrada anım mərasimi baş tutub

Ötən gün İmam Həsən Əskərinin (ə) şəhadəti ilə əlaqədar Samirra şəhərində anım mərasimi keçirilib. İmam Əskərinin məqbərəsi yaxınlığında baş tutuan tədbirdə minlərlə insan iştirak edib.

Həmçinin, İmam Həsən Əskərinin (ə) şəhadətinin xatirəsinə ehtiram əlaməti olaraq əzadarların hazırladığı rəmzi tabut müqəddəs Samirra şəhərinə doğru hərəkət edib və onun şəhadət gecəsi əzadarlıq mərasimində gətirilib.

Samirra son illər İmamın şəhadət məclislərini genişləndirə bilib. Daha çox İŞİD-in hədəfində olan məntəqə tez-tez terrorlarla üzləşdiyindən burada xüsusi mərasimlər ara-sıra tamam məhdudlaşmışdı.