Gəncə təcridxanasında dözülməz şəraitdə saxlanılan Elnur Cəfərov aclıq aksiyasına başlayıb. Bu barədə o, özü məlumat verib.
Sentyabrın 5 dən aclığa başladığını bildirən inanclı burada olan çoxsaylı qanun pozuntularından cana yığılaraq bu addımı atdığını bildirir.
“Saxlanılandan bu günə, 1 il 8 aydır ki, bizi işgəncə altında saxlayırlar. 15 kvadrat ərazidə 15 nəfərı zorla yerləşdiriblər. 6 nəfərli yerdə növbə ilə yatıb dururuq. Yay düşəni burada nəfəs almaq belə mümkün deyil. Mən 2009-cu və 2011-ci illərdə 2 dəfə vərəmdən müalicə almışam. Ağ cigərimdə zədə var, burada nəfəs almaq üçün hava olmamazlıq bir tərəfə nəmişlik havamızı alıb. 20 günə yaxındır ki, yayın bu isti günlərində soyuq tər və titrətmə məni əldə salıb.”
Müəssisənin baş həkimi Qədim Mehdiyevə müraciət etdiyini bildirən Cəfərov onun müraciətinə baxılmadığını söyləyib. Ürəyində yaranan problemlər səbəbindən ayaqlarının şişməsi onda hərəkət imkanlarında da ciddi problemlərə yol açdığını deyir. Hal hazırda müalicəyə ciddi ehtiyacı olan Elnur Cəfərovun durumu baxımsızlıqdan daha da ağırlaşır.
“Elə bil qəsdən bizə işgəncə verirlər. Təsəvvür edin 1 il 8 aydır ki, şərlənərək narkotiklərlə bağlı ittiham olunuram. Ötən ilin oktyabırında Dadaş İmanovun sədrliyi ilə ilk məhkəmə açılışı olsa da 11 aydır ki, müxtəlif bəhanələrlə məhkəmə təxirə düşür. 11 ay təxir etmək planlı işgəncədən başqa nə ola bilər axı?!”
Gün ərzində yarım saat hava aldığını bildirən siyasi məhbus aclıqla bağlı təcridxana rəhbərliyinə rəsmi müraciət etdiyini bildirib.
“Zatən hissə-hissə bu işgəncə maşınında ölürəm. Qoy buna birdəfəlik son qoyaraq ölüm bitsin. Bu qədər zülmü heç bir ölkədə öz vətəndaşına etməzlər ki, bunlar bizə edir.”
Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Elnur Cəfərov 2023-cü ilin 25 yanvarda saxlanılıb. O, inanclıların kütləvi həbslərinin gerçəkləşməsi fonunda narkotiklərlə bağlı ittiham olunur.
Ədliyyədə növbəti rəzalət: Gəncə məhbusu aclığa başlayıb