Hizbullahın İsrail ordusunun mövqelərinə amansız hücumları davam edir

Livan Hizbullahı işğal altındakı Fələstinin şimalında sionist rejim ordusunun üç bazasına bir neçə raket, pilotsuz təyyarə və artilleriya hücumu təşkil etdiyini açıqlayıb.

Operativtv Az.rasthaber-ə istinadən xəbər verir ki, Hizbullah ilk bəyanatında bildirib: "Dəyanətli və mətanətli Fələstin xalqına, onların cəsur və şərəfli müqavimətinə dəstək olaraq və düşmənin Livanın cənubundakı kəndlərə, xüsusilə də “Xirbə Səlim” qəsəbəsinə hücumlarına cavab olaraq Livan İslami Müqaviməti mücahidləri eskadrilya ilə silahlı pilotsuz təyyarələr vasitəsilə "Qolani" briqadasının qərargahını və Əkkanın şimalındakı Şrağa kazarmasında 621-ci Ağuz bölməsinin qərargahını hədəfə alıblar. Bu hücumda düşmən zabit və əsgərlərinin olduğu yer vurulub." 

Hizbullah başqa bir açıqlamada isə Yara kazarmasının cənubundakı qərb briqadasının yeni qərargahını katyuşa raketləri ilə hədəfə aldığını açıqlayıb.