Sentyabrın 13-də Moskva şəhərində Azərbaycanın maliyyə naziri Samir Şərifov və Rusiyanın maliyyə naziri Anton Siluanovun sədrliyi ilə Azərbaycan-Rusiya Maliyyə Dialoqunun birinci iclası keçirilib.
Azərbaycan Maliyyə Nazirliyinin məlumatında deyilir ki, Rusiya maliyyə naziri Anton Siluanov ikitərəfli əməkdaşlığın inkişaf potensialı və maliyyə sahəsində qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə imkan verdiyini bildirib.
Samir Şərifov isə bütün istiqamətlər üzrə, o cümlədən qarşılıqlı maliyyə-iqtisadi fəaliyyətin, təcrübə mübadilələrinin, büdcə və vergi siyasəti, dövlət maliyyəsi idarəçiliyi sahəsində əməkdaşlığın genişlənməsini və gələcək inkişafını müəyyən edəcək Azərbaycan-Rusiya Maliyyə Dialoqunun institusionallaşmasının və sistemli şəkildə keçirilməsinin vacibliyini bildirib.
“Tərəflər iki ölkənin maliyyə qurumları arasında büdcə siyasəti və audit fəaliyyəti ilə bağlı ayrı-ayrı məsələlər üzrə əməkdaşlığın həyata keçirildiyini qeyd ediblər, makroiqtisadi vəziyyətin qiymətləndirilməsi və yeni çağırışlarla bağlı fikir mübadiləsi apararaq, risklərin minimallaşdırılması istiqamətində təcrübələrini bölüşüblər”, xəbərdə qeyd edilir.
Azərbaycan Maliyyə Nazirliyi bildirir ki, iclas zamanı əməkdaşlığın genişləndirilməsi məqsədilə büdcə gəlirlərinin, o cümlədən neft gəlirlərinin proqnozlaşdırılması və təhlili, vergi siyasəti, eləcə də dövlət borcunun idarə edilməsi perspektivli istiqamətlər kimi müəyyən edilib.
Dialoq çərçivəsində aparılan müzakirələrin nəticəsi olaraq, maliyyə nazirləri iki ölkənin maliyyə sahəsində maraqlarına cavab verən təşəbbüslərin həyata keçirilməsi üçün əməli addımlar atmaq və ekspertlər səviyyəsində texniki məsləhətləşmələr aparmaq barədə razılığa gəliblər.
Tərəflər həmçinin, Azərbaycan və Rusiyanın BMT və MDB kimi çoxtərəfli platformalarda, eləcə də beynəlxalq maliyyə institutları çərçivəsində birgə əməkdaşlığın vacibliyini təsdiq edib.
Azərbaycan-Rusiya Maliyyə Dialoqunun ilk iclası olub