"Qarabağ" "Ferentsvaroş"u məğlub etdi

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə "Ferentsvaroş"u 3-1 hesabı ilə məğlub etdi.

Cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Qalib tərəf UEFA Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.