"Aprel döyüşləri"ndə iştirak edən ermənilər parlamentə çağırıldı

2016-cı ilin "aprel döyüşləri"nə qatılan hərbçilər Ermənistan parlamentinə çağırılacaq.

Ermənistan KİV-nə istinadən xəbər verilir ki, həmin vaxt döyüş mövqelərində olan bütün əsgər və zabitlərin fikirləri dinləniləcək.

Bundan başqa, hələ də Ermənistan Müdafiə Nazirliyinin operativ idarəsində çalışan zabitlər də müzakirəyə dəvət alıb.