Paşinyanla qondarma `DQR` klanı arasında müharibə başlayır

Ermənistanın baş naziri Nikol Paşinyanın müxalifləri ilə qondarma «Dağlıq Qarabağ Respublikası» klanı arasında müharibə başlayıb.  FaktXeber.com-un verdiyi məlumata görə, baş nazirin özü bu barədə bəyan edib.

Onun sözlərinə görə, korrupsiyada əli olan bir sıra qüvvələr qondarma «DQR»də  müharibə təşviqatı aparmağa cəhd edir, regionu Ermənistana və hökumətinə qarşı qaldırır. Paşinyan vurğulayıb ki, belə fəaliyyətləri dövlətə xəyanət hesab edir. 

O, əlavə edib ki, o, belələrinə qarşı şəxsən ən sərt tədbirləri görəcək.

Xatırladaq ki, bu gün səhər Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları ölkə boyu məhkəmə binalarını mühasirəyə alıblar.  Səbəb isə Ermənistanın Məhkəmə-Hüquq Şurasının şənbə günü sabiq prezident Robert Köçəryanın həbsdən buraxılması barədə qərarı olub.

Bundan sonra isə Ermənistanın baş naziri Nikol Paşinyanın əleyhdarları paytaxt İrəvanda küçələrə axışıblar. "Adekvad" təşkilatının üzvləri Avropa Birliyinin İrəvandakı baş ofisinin qarşısına toplaşıblar.

"Son illərdə Ermənistanda baş verənlərin əksəriyyəti əsasən bu strukturun sponsorluğu ilə həyata keçirilir (AB nümayəndəliyi). Sponsorluq təkcə maliyyə deyil, həm də əxlaqi, siyasi, diplomatik və şəxsi heyətlə edilir. Ermənistanda konstitusiya qaydalarının devirilməsi prosesi AB gündəmindədir və bu, ən azından bir il əvvəl hakimiyyətin ələ keçirilməsi ilə başlayıb",-deyə təşkilatçı Artur Danielyan mitinqdən əvvəl deyib.