Ermənistan parlamentində yanğın olub

Ermənistan parlamentində yanğın olub.

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb.

Hadisə aprelin 4-də gecə saatlarında qanunverici orqanın birinci korpusunda baş verib. Yanğın nəticəsində parlamentin “Binaya xidmət və təmir” bölməsində yerləşən bir kabinet tamamilə yanıb.

Qeyd edək ki, bu ilin yanvarın 29-da Ermənistan Nazirlər Kabinetinin binasında yanğın baş vermişdi.