Paşinyan Ermənistanda məhkəməyə verilib

Ermənistan Milli Akademik Opera və Balet Teatrının sabiq rejissoru və bədii rəhbəri Konstantin Orbelyan ölkənin baş naziri Nikol Paşinyanı və mədəniyyət naziri vəzifəsini icra edən Nazeni Qaribyanı məhkəməyə verib. Bu barədə "Sputnik" agentliyi yazıb.

Məlumatda bildirilir ki, Orbelyan Paşinyanın mədəniyyət naziri səlahiyyətlərini Qaribyana həvalə etməsindən narazıdır. 

Onun sözlərinə görə, Paşinyan bu vəzifəni Qaribyana vermək hüququna malik deyil.