Ənsarullah ABŞ və İngiltərənin İsrailə qarşı hücumların dayandırılması təklifinə qarşıdır

Yəmənin Ənsarullah hərəkatının siyasi bürosunun üzvü açıqlamasında bildirib ki, bu hərəkat ABŞ və İngiltərənin Səna hökumətinin tanınması müqabilində onlara və İsrail rejiminə qarşı hücumları dayandırmaq təklifinə qarşı çıxıb.

Məhəmməd Əl-Buxəyti deyib: Amerika və İngiltərə vasitəçilər yolu ilə bizə təklif etdilər ki, hücumlarımızı dayandırmaq müqabilində Sənadakı hökumətimizi tanıyacaqlar və biz qəbul etmədik. 

Yəmən silahlı qüvvələri ötən aylarda Qəzzə xalqına dəstək olaraq Qırmızı dəniz, Hind okeanı və Bab əl-Məndəb boğazında işğal olunmuş ərazilərə gedən İsrail rejiminin bir neçə gəmisini və ya bu rejim üçün yük daşıyan gəmiləri hədəfə alıblar.