Türkiyədən gələn yanacaqla Qəzzada qırğınlar törədən sionistlər Qəzzaya bir damla yanacağın girməsinin qarşısını almaq üçün var gücü ilə mübarizə aparır.
Qəzzadakı "Acur Çörəklər"inin sahibi Kamil Acur Qəzza zolağının şimalı üçün "aclıq" barədə xəbərdarlıq edib. Kamil Acur, İsrailin çörək istehsalı üçün lazım olan yanacaq və xammalın ölkəyə girişini əngəlləməsi səbəbiylə Qəzza şəhəri və Qəzza zolağının şimal bölgəsindəki 6 çörək zavodundan 5-nin bağlandığını və bölgədə çörək böhranının yarana biləcəyini bildirib.
Bu sonuncu açıq çörək fabrikinin bağlanmasının çörək böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edən Acur, xüsusilə Qəzza şəhəri və şimal bölgələrində yaşayan fələstinlilər üçün yeganə qidanın bir tikə çörək olduğunu söyləyib.
Acur deyib: “İsrail xammal və yanacağın girişini əngəlləməyə davam edərsə, işləməyə davam edən yeganə sobamız bir həftə ərzində bağlanma təhlükəsi altındadır. 10 gündür ki, Qəzza şəhəri və şimal bölgələrindəki sobalara yanacaq verilmir. Təxminən bir ay əvvəl İsrail un, şəkər və maya kimi əsas inqrediyentlərin bölgəyə daxil olmasını məhdudlaşdırmışdı.”
Türkiyədən İsrailə tankerlər gedir, Qəzza isə blokadadadır