Prokuror Nazim Bəydəmirlinin 9 il müddətinə həbs cəzası istəyib

Sentyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı, Milli Məclisin sabiq deputatı Nazim Bəydəmirlinin işi üzrə prosesdə dövlət ittihamçısı məhkəmə istintaqının yekunlaşdırılmasını təklif edib.

Lakin Bəydəmirlinin buna etirazına baxmayaraq, hakim prokurorun tərəfini tutub.

Dövlət ittihamçısı Bəydəmirlinin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bəydəmirli bildirib ki, o müdafiədən imtina edir və məsələ vəkil Ağıl Layçada deyil.

"Mən sadəcə olaraq hər hansı müdafiədən imtina edirəm" dedi cavabdeh.

Lakin hakim ona diqqət çəkib ki, qanuna görə, təqsirləndirilən şəxs müdafiəsiz qala bilməz.

Növbəti məhkəmə iclası sentyabrın 30-na təyin edilib.

* N.Bəydəmirli 2023-cü il iyulun 4-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 182.2.4-cü (Əmlakı ələ keçirmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsini pozmaqda təqsirli bilinərək saxlanılıb.

Ertəsi gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Bəydəmirli ittihamı rədd edərək, onu uydurma adlandırıb.

Onun sözlərinə görə, həbsin əsl səbəbi Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin ətraf mühitin çirklənməsinə qarşı etiraz aksiyalarına dəstək verməsidir.

Sentyabrın 1-də Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, dəfələrlə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Vəkilin sözlərinə görə, bu ittiham Bəydəmirlinin güya 1996-cı ildə Rusiya Federasiyasının Lipetsk şəhərində kimdənsə pul tələb etməsi ilə bağlıdır.

Hüquq müdafiəçiləri Bəydəmirlini siyasi məhbus kimi tanıyıblar.

 

Turan.az