Zabitlərin məhkəməsi yekunlaşmaq üzrədir
Müdafiə Nazirliyi və ona tabe qurumlarda 143 milyon manatlıq mənimsəmə və israfçılıq halları ilə bağlı hazırda davam edən məhkəmə proseslərindən biri – nazirliyin Maliyyə və Büdcə İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə idarəsinin rəisi olmuş polkovnik Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinə rəhbərlik etmiş, kapitan Vüsal Əlizadənin məhkəməsi yekunlaşmaq üzrədir.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyilə keçirilən budəfəki məhkəmə iclasında adları çəkilən şəxslərin vəkilləri çoxsaylı vəsatətlər qaldıraraq, bir sıra məsələlərin araşdırılmasını xahiş ediblər. Həmçinin ötən məhkəmə iclaslarında qaldırılmış bir neçə vəsatət də bu dəfə müzakirəyə çıxarılıb.
Təqsirləndirilən polkovnik Bayram Bayramovun vəkilləri 2020-ci ildə 44 günlük müharibə dövründə Quru Qoşunlarındakı həm könüllü, həm də səfərbərliyə çağırılmış hərbçilərin sayının müəyyənləşdirilməsini, bunun üçün Müdafiə Nazirliyinə sorğu göndərilməsini istəmişdi. Vəsatətin səbəbi isə bu idi ki, Bayram Bayramov ona qarşı mənimsəmə ittihamındakı məbləği qəbul etmir. Onun sözlərinə görə, hərbi hissədəki 719 min manat yeyinti kimi onun üzərinə qoyulsa da, əslində, müharibə dövründə ehtiyatdan gələnlərin ehtiyaclarına xərclənib.
Məhkəmə prosesinə sədrlik edən hakim Fikrət Əliyev bildirib ki, bu məsələ ilə bağlı Müdafiə Nazirliyinin Hüquq İdarəsinə sorğu göndərilib, hələ yekun nəticə yoxdur. Çünki belə məlumatların nə dərəcədə açıq informasiyalar olmasıyla bağlı müzakirələr aparılır. Alınan cavabdan asılı olaraq, qərar veriləcək.
Digər təqsirləndirilən polkovnik Cəlal Kazımovun vəkili Əli Adıgözəlov təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi, hərbi hissələrdə işləmədikləri halda, adlarına pul yazılanların – “ölücanların” məhkəmədə dindirilməsi barədə vəsatətlər qaldırıb.
Prokuror Fuad Musayev də bu vəsatətə etiraz edib. Etirazını əsaslandırarkən bildirib ki, həmin şəxslərin kartına köçən pulların hara yönəldilməsi, kimə çatmasını barədə hərbi hissələrin maliyyə xidmət rəisləri məhkəmədə ifadə verərkən danışıblar.
Lakin hakimlər vəsatətlərin heç birini təmin etməyib.
General Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə də hələ bir müddət əvvəlki məhkəmə iclaslarının birində təkrar mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət qaldırmışdı. Vəkil bildirmişdi ki, iş materiallarında mənimsənildiyi iddia olunan məbləğlər arasında ziddiyyətlər var. Bu səbəbdən yenidən ekspertiza keçirilməli, ziddiyyətlərə aydınlıq gətirilməlidir.
Həmin vəsatətə də budəfəki məhkəmə prosesində vəsatətlərin müzakirəsi zamanı baxılıb və təmin olunmayıb.
Məhkəmə prosesində vəkillər hakimlərin diqqətinə çatdırıb ki, təqsirləndirilən şəxslərdən Vüsal Əlizadənin 101 min 532 manat, Cəlal Kazımovun isə 110 min manat dəyərində mənzilləri satılaraq, pulu dövlət hesabına qoyulub. Vəkillər bunu təsdiq edən sənədləri məhkəməyə təqdim edib.
Təqsirləndirilən general Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə təqsirləndirilən şəxslərin istintaq və məhkəmə prosesi gedən dövrdə ödədikləri ziyanın ümumi məbləği ilə bağlı dəqiq məlumatın əldə olunması üçün Dövlət Təhlükəsizliyi Xidmətinə sorğu göndərilməsini istəyib. Hakimlər də bununla razılaşıb və bu quruma sorğu göndəriləcəyini bildirib.
Vəkil Rəşad Mirmehdizadənin daha bir vəsatəti isə Maliyyə və Büdcə İdarəsinin Nəzarət və təftiş şöbəsinin sabiq rəisi, polkovnik Rəfael Xələfovun məhkəmədə dindirilməsi barədə olub. Rəfael Xələfov da Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə ilə bağlı həbs olunanlardan biridir. Lakin o, 2023-cü ilin yayında azadlığa çıxıb. Buna baxmayaraq, barəsində cinayət təqibi davam edir, təqsirləndirilən şəxs statusunda qalır. Sadəcə, onun haqqında cinayət işi ayrılıb.
O, general Nizami Məmmədov və digərlərinin məhkəməsində bundan əvvəl şahid qismində ifadə verib. Lakin vəkil və təqsirləndirilən şəxslər onun yenidən dindirilməsini tələb edirlər. Vəkil bildirib ki, Rəfael Xələfov bu işdə əsas fiqurlardan biridir. Digər ifadələrdə də onun adı çəkilir.
“Rəfael Xələfov birbaşa bu işin mərkəzində dayanan şəxsdir. Hüquqlarını müdafiə etdiyim Nizami Məmmədov heç vaxt maliyyə xidmətlərinin rəislərinə birbaşa göstəriş verməyib. Rəfael Xələfov özündən aşağı vəzifədə olanlara bir söz deyib, özündən yuxarı vəzifədə olanlara başqa söz. Şahidlərin ifadələrindən sonra da bizim ona çoxsaylı suallarımız yarandı”, – vəkil vəsatətini əsaslandırarkən bildirib.
Məhkəmə Rəfael Xələfovun yenidən dindirilməsi barədə vəsatəti təmin edib.
Nizami Məmmədovun digər vəkili Cahangir Cavadov 143 milyon manatlıq cinayət işi üzrə təqsirləndirilən, lakin ayrıca mühakimə olunan polkovnik Məlikməmməd Qurbanovun ifadəsini xatırladıb. O bildirmişdi ki, 2015-2019-cu illərdə tenderlərdən 20 milyon manat qazanc əldə olunub, bunun da 19 milyon 600 min manatını keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqova verib:
“Guya Nəcməddin Sadıqov bundan da 800 min manat ona verib ki, aparıb Nizami Məmmədova versin. Nizami Məmmədov bunu təkzib etdi, ona Məlikməmməd Qurbanovun gətirib 800 min manat pul vermədiyini bildirdi. Bunu Məlikməmməd Qurbanovdan başqa təsdiq edəcək şahid yoxdur. Nəcməddin Sadıqov özü də ortalıqda yoxdur. Xahiş edirəm, bu məsələni nəzərə alasınız”.
Məhkəmə prosesi sentyabrın 20-də davam edəcək.
Meydan TV-nin əldə etdiyi məlumata görə, Rəfael Xələfov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun qudasıdır. O, əvvəllər Səbail və Zaqatala rayonlarının icra başçısı olub.
Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, Asif Əsgərov sentyabrın 1-də keçirilmiş parlament seçkilərində 112 saylı Zaqatala Seçki Dairəsindən deputat seçilib.
2022-ci ilin əvvəlində DTX əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Nizami Məmmədov və onunla birlikdə mühakimə olunan 3 nəfərlə yanaşı, Müdafiə Nazirliyinin bir xeyli başqa vəzifəli şəxsləri də məsuliyyətə cəlb olunub. Onların da hazırda məhkəməsi davam edir.
İcra başçısı-deputatın qudası 143 milyonluq mənimsəmədə ittiham olunur