Əl-Əzhər Universiteti əl-Sisiyə Qurani-Kərimin ingiliscə tərcüməsinin ilk nüsxəsini hədiyyə edib

Qurani-Kərimin mənalarının ingiliscə tərcüməsi Əl-Əzhər Tərcümə Mərkəzi tərəfindən nəşr olunan ilk tərcümədir.

Əl-Əzhər şeyxi bu qurum tərəfindən tərcümə edilmiş Qurani-Kərimin məna və məfhumlarının ingiliscə tərcüməsinin ilk nüsxəsini Peyğəmbərimizin (s) mövlud mərasimində Misir prezidentinə təqdim edib.

Tərcüməni dərc etməkdə məqsəd Qərb müsəlmanlarını Qurani-Kərimin məfhumları ilə tanış etmək və eyni zamanda bu gözəl kitabın məfhumlarını oxumaq və anlamaq istəyən bütün qeyri-ərəb oxucularını tanıtmaqdır.

Bu hesabata görə, Qurani-Kərimdəki məfhumların Misirdə Əl-Əzhər tərəfindən ingilis dilinə tərcüməsi bir neçə il çəkib və düzgün tərcüməni təmin etmək üçün ingilis dili və İslam şəriət elmləri üzrə ixtisaslaşmış alimlərdən istifadə edilib. Qurani-Kərimin gözəllik və möcüzələrini ifadə edən məfhumlardan istifadə edilmişdir.