KİV: İsrail uzun müddətdir peycerləri partlatmaq üçün qondarma beynəlxalq şirkət yaradıb

İsrail uzun müddətdir ki, Livanda peycerləri partlatmaq üçün mürəkkəb əməliyyat hazırlayıb.

Operativtv APA-ya istinadən xəbər verir ki, bu barədə “The New York Times“ mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, bunun üçün əvvəlcədən içinə partlayıcı maddələr qoyulmuş rabitə vasitələrinin istehsalı üçün qondarma şirkət yaradıb.

Mənbənin fikrincə peycer partlayışlarının arxasında israillilər dayanıb. Həmçinin qeyd olunur ki, İsrail özünü beynəlxalq peyjer istehsalçısı kimi təqdim edən qondarma şirkəti yaradıb.