ABŞ Senatı Yəmənə hücumlarını davam etdirən Səudiyyə Ərəbistanına hərbi dəstəyin dayandırılması barədə qanun layihəsini qəbul edib.
“Dunyabulteni.net”ə istinadən xəbər verilir ki, senatorlar Berni Sanders, Mayk Li və Kris Mörfi tərəfindən hazırlanan qanun layihəsinə 56 lehinə, 41 əleyhinə səs verilib.
Səsvermədən sonra çıxış edən Sanders bildirib ki, ABŞ bundan sonra Yəməndə dünyanın ən böyük humanitar böhranına səbəb olan S.Ərəbistanının hərbi macəralarının bir hissəsi olmayacaq.
Qeyd edək ki, qanun layihəsinin prezident Donald Trampa təqdim edilməsi üçün Nümayəndələr Palatasında da qəbul edilməlidir.
Səudiyyəyə hərbi dəstək dayandırılacaq - Qanun qəbul edildi

Oxşar xəbərlər