Vətəndaş Hüquqları İnstitutunun rəhbəri, “QHT işi” üzrə təqsirləndirilən Bəşir Süleymanlının işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Noyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Bəşir Süleymanlının 3 il vəzifə tutmaq hüququndan məhrum edilməklə 9 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.
Müdafiə tərəfi çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Məhkəmə prosesi noyabrın 19-da davam etdiriləcək.
Bəşir Süleymanlı ötən ilin martında saxlanılıb. Ona Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı xeyli miqdarda leqallaşdırma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Özü ittihamları qəbul etmir.
“QHT işi” üzrə indiyədək istintaqa 100-dən çox şəxsin, o cümlədən beynəlxalq donor təşkilatlarının əməkdaşları və bəzi hökumətyönlü QHT rəhbərlərinin cəlb edildiyi bildirilib.
Bu iş üzrə təqsirləndirilən vətəndaş cəmiyyəti fəallarına, ümumilikdə, Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3, 193-1.3.2, 308.1 və 313-cü maddələri ilə ittiham verilib. Həmin maddələr üzrə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Prokuror Bəşir Süleymanlının 9 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib