Küçələr sakitdir, rəsmi hesabatlarda hər şey qaydasındadır, etiraz səsləri isə getdikcə azalır. Hakimiyyət bu sükutu razılıq kimi oxuyur. Halbuki qorxu insanın səsini kəsə bilər, onun hökmünü dəyişə bilməz.
Siyasi fəlsəfədə legitimlik cəmiyyətin hakimiyyətin idarə etmək haqqını qəbul etməsidir. Zülm bu haqqı insanların gözündə aşındırdıqca rejim itaəti qorumaq üçün zor gücünə daha çox arxalanır. Burada daxili ziddiyyət yaranır. Hakimiyyət özünü qorumaq üçün tənqidi susdurur, amma bununla da səhvlərini vaxtında görmək və düzəltmək imkanını itirir. Sonra rəhbərliyə ölkənin gerçək vəziyyətindən daha çox onun eşitmək istədiyi xəbərlər çatır.
Bu ziddiyyət rejimin nə vaxt süqut edəcəyini göstərmir amma bunun baş verəcəyini qətiyyətlə bildiririk. Qorxu və məcburiyyət bir hakimiyyəti uzun müddət ayaqda saxlaya bilər. Lakin böhran anında qurumların həqiqəti gizlətməyə alışması və cəmiyyətin hakimiyyətə etimadını itirməsi ən sadə qərarın icrasını belə çətinləşdirir.
Sonun başlanğıcı elə bu nöqtədir. Hakimiyyət əmr verməyə davam edir, amma həmin əmrlərin yerinə yetirilməsi üçün hər dəfə daha çox güc sərf etməli olur.
Ona görə də bildiririk ki, balans siyasətini tamamilə itirmiş, böyük güclərin oyun alətinə çevrilmiş və xalqın dəstəyindən məhrum olmuş zalım Əliyev rejiminin süqutu artıq başlayıb. Bizim qənaətimizcə, bu prosesi sürətləndirən iki amil var. Rejimin xaricdə manevr imkanları daralır, ölkə daxilində isə hakimiyyət getdikcə daha çox zor gücünə arxalanır.
Bu, “SON”un başlanğıcıdır və süqut prosesi sürətlənir.
- Hacı Tale Bağırzadə
Zalım rejimin sonu bəzən onun ən güclü göründüyü vaxt başlayır

Oxşar xəbərlər