Səudiyyə Yəməni bombaladı: 22 ölü

Səudiyyə Ərəbistanının son 48 saatda Yəmənə  endiyirdiyi aviazərbələr nəticəsində 22 dinc sakin həlak olub, 30-a yaxın isə ağır yaralanıb. 

Bu barədə "Middle East Eye" portalı yazıb. 

Məlumatda bildirilir ki, BMT-nin hesabatına görə, ölənlərin çoxu qadınlar və uşaqlardır.

Qeyd edək ki, Səudiyyə bununla bağlı hər hansı açıqlama verməkdən imtina edib.