Reuters: Səudiyyə koalisiyası Yəməndəki hücumları dayandırdı

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalasiya qüvvələri Yəmənin Hudeydə şəhərindəki hücumları dayandırıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Agentlik mövzu ilə bağlı üç mənbəyə istinadən məlumat yayıb ki, koalisiya qüvvələri Yəmənin əsas liman şəhəri olan Hudeydədəki qüvvələrinə hərbi əməliyyatları dayandırmaq əmri verib.
 
Qeyd edək ki, ABŞ-ın dəstəyi ilə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın 2015-ci ildən  bəri davam etdirdiyi hücumlarda minlərlə yəmənli həyatını itirmiş, Hudeydə limanındakı mühasirə isə əhalinin aclıqla üzləşməsinə səbəb olmuşdu.

Koalisiya əməliyyatları dayandırmaq qərarını ABŞ və BMT-nin atəşkəs çağırışından sonra verib.