ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı jurnalist Camal Kaşıkçının qətli ilə bağlı cəzalandırmaq niyyətində deyil. Bu barədə "Vox" nəşri yazıb.
Ağ Ev rəhbəri müsnasibətləri pozmaq əvəzinə Ər-Riyadın etibarlı tərəfdaşı qalmağı üstün tutub. Briləşmiş Ştatlar prezidenti hesab edir ki, Məhəmməd bin Salman jurnalistin qətli ilə bağlı hər hansı informasiyaya malik olmaya bilər.
Halbuki Mərkəzi Kəşfiyyat İdarəsinin qənaətincə, səudiyyəli şahzadə jurnalistin öldürülməsi barədə əmr verib.
Xatırladaq ki, Səudiyyə rejiminə müxalif yazıları ilə tanınan Camal Kaşıkçı Səudiyyə konsolluğuna girdikdən sonra ondan xəbər alınmayıb. O, diplomatik missiyaya girərkən nişanlısına «Mən girib, sənədlərimi götürüb çıxacam. Bir şey olsa dərhal Yasin Aktay (AK Parti sədrinin müşaviri) və Türk-Ərəb Media Dərnəyinə xəbər verilsin», - demişdi.
Qeyd edək ki, Camal Xaşuqi “əl-Vətən” qəzetinin baş redaktoru və həmçinin Ərəbistanın Vaşinqtondakı sabiq səfiri Türki Feysəlin müşaviri vəzifəsində işləyib. Məhəmməd ibn Salman Səudiyyənin vəliəhdi olduqda Ərəbistanı tərk edib və َABŞ-da yaşayıb. ABŞ-da yaşadığı dövrdə Səudiyyənin siyasətlərini, xüsusi ilə də Qətər, Yəmən, Kanada qarşısındakı mövqeyini və həmçinin insan haqları aktivistləri ilə rəftarını sərt tənqid edib.
Tramp bin Salmanı cəzalandırmaqdan vaz keçdi

Oxşar xəbərlər