Elşən Əliyev xəstəxanaya yerləşdirilib
Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Məlumatı "Report" yayıb. Bildirilir ki, şəhərin Nizami Gəncəvi prospekti ilə hərəkətdə olan "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə, daha sonra yolu süpürən 1978-ci il təvəllüdlü Elşən Nadir oğlu Əliyevə dəyib.
Müxtəlif bədən xəsarətləri alan təmizlik işçisi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Küçə təmizləyicilərinin avtomobil qəzasına tuş gəldiyi ilk hadisə deyil.
Noyabrın 8-də Bakının Nizami rayonu ərazisində də analoji hadisə qeydə alınıb.
Vurğuz Yavər oğlu Şirinov idarə etdiyi “Hyundai” markalı, 90 BX 135 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Bəsti Eyvazovanı vuraraq öldürüb. Bakı şəhər Yol Polisinin mətbuat xidmətinin rəhbəri Vaqif Əsədov cinayət işini aparan müstəntiqə istinadən vurulan qadının süpürgəçi işlədiyini bildirsə də, Bakı Şəhər İcra Hakimiyyəti bunu təkzib edib. İcra Hakimiyyətindən bildiriblər ki, həmin qadın 2015-ci ildən artıq süpürgəçi işləmir və hadisə həmin qadının yolu keçərkən baş verib.
2018-ci il martın 27-də isə Sabunçu qəsəbəsində “KamAZ” markalı maşın yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
2013-cü ildə, hazırda Ağdamın “Qarabağ” futbol klubunun şərəfini qoruyan, Azərbaycan milli yığmasının üzvü Araz Abdullayevin Bakının Xətai rayonu ərazisində iki yol süpürən qadını avtomobillə vurması olmuşdu.
O zaman qadınlardan biri həlak olmuş, digəri isə yaralanmışdı.
Bu hadisələrdən sonra Daxili İşlər Nazirliyinin rəhbərliyi yolda təmizlik işi aparan qadınların təhlükəsizliyinin qorunması məqsədi ilə onlara xüsusi gödəkçələrin paylandığını bildirib.
Gəncədə yolu süpürən şəxsi maşın vurub

Oxşar xəbərlər