Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı, həbsdə olan Murad Ədilovun saxlanıldığı 10 saylı cəzaçəkmə müəssisəsində təzyiqlə üzləşdiyi bildirilir.
M.Əbilovun qardaşı, AXCP mətbuat xidmətinin rəhbəri, xaricdən yayımlanan "Azərbaycan saatı" proqramının və Turan TV-nin aparıcısı, hazırda mühacirətdə olan Natiq Ədilov bildirib ki, M.Ədilov noyabrın 2-də evə zəng edib və müəssisədə artıq intihar həddinə çatdırıldığını bildirib.
"O deyib ki, müəssisənin Xəyal Həsənov adlı böyük nəzarətçisi onu "qaralayıb". Qısa müddətdə 3 dəfə ona töhmət verib. Faktiki onu ölüm həddinə çatdırıb. Murad qohumlarından xahiş edib ki, bu barədə məlumatı ictimailəşdirsinlər, onun adından Ədliyyə Nazirliyinə, Prezident Administrasiyasına, ombudsmana müraciət etsinlər. Murad baş verənlərlə əlaqədar artıq müəssisə rəhbərinə də xəbərdarlıq edib. Bildirib ki, nəzarətçi X.Həsənov qanunsuz hərəkətlərini və onu təngə gətirməyi dayandırmasa, özünə qəsd edəcək. Qısa və gərgin söhbətdə o da bəlli olub ki, X.Həsənov Muraddan həm də vaxtaşırı rüşvət tələb edir", - N.Ədilov Facebook səhifəsində bildirib.
M. Ədilov 2014-cü ildə narkotik maddə ittihamı ilə 6 il müddətinə həbs olunub. AXCP bildirib ki, M.Ədilovun həbsinin səbəbi qardaşı N. Ədilovun jurnalist fəaliyyətidir.
Öz növbəsində Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, bütün nəzarətçilər qanunauyğun xidmət aparır.
"Əgər Murad Ədilov özünə qarşı hansısa qanunazidd hərəkət hiss edirsə Penitensiar Xidmətə müraciət etsin. Onun müraciəti araşdırılacaq", -ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı deyib.
Natiq Ədilov: “Koloniyada qardaşını ölüm həddinə çatdırmaq istəyirlər”

Oxşar xəbərlər