Gürcüstan parlamenti Kutaisi şəhərindən tamamilə paytaxt Tbilisiyə köçürüləcək.
Bu barədə hakim komanda qərar qəbul edib.
Qərara əsasən, qanunverici orqanın plenar iclasları gələn ilin yanvarın 1-dən etibarən Tbilisidə keçiriləcək.
Kutaisidə yerləşən parlament binası isə Gürcüstanın Daxili İşlər Nazirliyinin tabeliyinə veriləcək.
Parlamentin vitse-spikeri Tamar Çuqoşvili bildirib ki, qanunverici orqanın iki binada fəaliyyət göstərməsi kifayət qədər çətin olub: "Parlamentin güclənməsi və xərclərin azaldılması üçün biz onun Tbilisidə yerləşməsi barədə qərar qəbul etdik”.
Qonşu ölkə parlamenti 2012-ci ilin oktyabrından Kutaisidə fəaliyyət göstərib.
2014-cü ildən parlamentin yalnız komitə iclasları Tbilisidəki binada keçirilib.
Report
Gürcüstan parlamenti Tbilisiyə qaytarılır
Oxşar xəbərlər