Gürcüstanın yeni prezidenti Salome Zurabişvili dekabrın 16-da səlahiyyətlərinin icrasına başlayıb və bununla ölkə tam parlament idarə üsuluna keçib.
Prezident dövlət başçısı olaraq qalır, icra hakimiyyəti bütünlüklə baş nazirin əlində cəmləşir.
Yeni ana qanuna əsasən, prezidenti parlamentin deputatları və yerli hakimiyyət təmsilçilərindən ibarət kollegiya seçəcək. Dövlət başçısının veto hüququ, dövlət təltifləri həyata keçirmək, hərbi və diplomatik rütbələr vermək, referendum təyin etmək hüququ var.
Baş nazir parlamentdə seçilir və onun qarşısında cavabdehdir. O, nazirləri parlamentin razılığı olmadan təyin edə və vəzifədən çıxara bilər. Ancaq parlamentin hökuməti və ya hansısa naziri istefaya göndərmək hüququ var.
2024-cü ildən 150 yerlik parlament tam proporsional üsulla seçiləcək. Deputatlığa namizədlik yaşı 21-dən 25-ə qaldırılır.
Ana qanunu dəyişmək üçün deputatların üçdə ikisinin səsi yetərlidir.
Hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının dəstəklədiyi 1952-ci il təvəllüdlü Salome Zurabişvili noyabrın 28-də prezident seçkisinin ikinci turunda 59,5 faizlə dövlət başçısı seçilib.
Gürcüstanda baş nazir postunu 1982-ci il təvəllüdlü Mamuka Baxtadze tutur.
Novator.az
Gürcüstan tam parlament idarə üsuluna keçdi
Oxşar xəbərlər