Gürcüstanda mövsümi qripə yoluxma halları azalıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, cari göstəricilər qrip virusunun pik günləri ilə müqayisədə, Gürcüstanın bölgələrində yoluxma hallarının sayı 600, Tbilisidə isə 500 hal azalıb.
Qriplə bağlı regionlarda və Tbilisidə təcili tibbi yardıma daxil olan müraciətlərin də sayında azalma qeydə alınıb.
Qurumdan bildirilib ki, qrip virusuna yoluxan 42 pasiyentin müalicəsi xəstəxanaların reanimasiya şöbələrində davam etdirilir.
Qeyd edək ki, son aylar ərzində Gürcüstanda “donuz qripi” adlandırılan A (H1N1) virusundan 15 nəfərin öldüyü laboratoriya şəraitində təsdiq olunub.
Gürcüstanda qripə yoluxma halları azalıb

Oxşar xəbərlər