Bu ilin əvvəlindən Gürcüstanda 312 qızılca xəstəliyinə yoluxma halı qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkerlidze məlumat verib.
Xəstəliyə yoluxanlar 20-40 yaş arası insanlardır, lakin aralarında uşaqlar və yeniyetmələr də var. Son iki həftədə Kutaisidə 40 nəfərdə, Zuqdididə isə 49 nəfərdə qızılca aşkarlanıb.
Mərkəz rəhbərinin sözlərinə görə, ciddi artımla əlaqədar olaraq Gürcüstan hökuməti ölkədə qızılca əleyhinə radikal tədbirlərin görülməsi üçün tapşırıqlar verib. Amiran Qamkerlidze hər kəsi ölkədə qızılcanın qarşısını almaq üçün birgə tədbirlər görməyə çağırıb. Əks halda xəstəlik epidemiya halı ala bilər.
Gürcüstanda “donuz qripi”ndən sonra qızılca yayıldı - 17 gündə 312 nəfər

Oxşar xəbərlər