Gürcüstan baş nazirinin istefa verəcəyi gözlənilir

Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin bu gün istefa verəcəyi gözlənilir.
 
Bu barədə "Report” xəbər verib.
 
Xəbərdə deyilir  ki, hökumət başçısı saat 15:00-da xüsusi bəyanatla çıxış edəcək.
 
Ötən gün hakim Gürcü Arzusu Partiyasının qərargahında hökumət dəyişiklikləri ilə bağlı müzakirə aparılıb.
 
Yayılan qeyri-rəsmi məlumatlara əsasən, M.Baxtadzeni hazırkı daxili işlər naziri Giorgi Qaxaria əvəzləyəcək. Hakim partiyanın siyasi katibi İrakli Qaribaşvili isə daxili işlər naziri təyin olunacaq.