Həyat yoldaşı: ''Ondan xəbər yoxdur''
Jurnalist Əfqan Sadıqov iyulun 6-da Cəlilabad rayonunda saxlanılıb.
Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Sevinc Sadıqova məlumat verib.
O, bildirib ki, bu gün səhər o, anasıgilə gedib və polis evlərinə gəlib, onu bölməyə dəvət edib:
“Deyib, bizimlə bölməyə getməlisən. Bildirib ki, 30 dəqiqəyə çıxacaq, qısa çəkəcək. Hadisədən 4-5 saat keçib, ancaq ondan xəbər yoxdur. Əfqandan sonra evə yenə polis gəlib anasından onun telefonunu istəyib. Anası da onun telefonunun olmadığını söyləyib. Ondan sonra çıxıb gediblər”.
S.Sadıqova deyir ki, onun saxlanılması üçün hər hansı bir səbəb yoxdur və saxlanılma səbəbini bilmir.
“Hətta anasıgil polis bölməsinə gediblər. Deyiblər, burada deyil, Bakıya aparıblar. Evə gələnlərin isə onların əməkdaşları olmadığını söyləyiblər.
“Ola bilsin, Bakıdan gəliblər”, - deyə bildiriblər. Onun Bakıya aparıldığı güman edilir”.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almaq mümkün olmayıb.
Jurnalist Əfqan Sadıqlı həbs müddəti bitdiyi üçün mayın 22-də azad edilmişdi.
Azel.tv saytının təsisçisi və redaktoru Ə.Sadıqov 2016-cı ilin noyabrın 22-də saxlanılmışdı. O CM-in 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunuraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan jurnalistin cəzası 1 il azaldılmışdı.
Jurnalist Əfqan Sadıqov saxlanılıb

Oxşar xəbərlər