Suriya vətəndaşlarına müraciət etdi: Geri qayıdın

Suriya hökuməti müharibə və terror hücumları səbəbi ilə ölkəni tərk etməyə məcbur qalan suriyalıların geri dönməsini istəyib.

Axar.az xəbər verir ki, bu barədə Suriya XİN informasiya yayıb.

XİN ölkədə davam edən bir sıra uğurlu əməliyyatlar və aparılan danışıqlar yolu ilə bir çox ərazidə təhlükəsizliyin təmin olunduğunu, ölkənin əksər ərazilərinin terrordan təmizləndiyini bildirib. Suriya dövlətinin vətəndaşlarının can və mallarının təhlükəsizliyi ilə yanaşı, layiqli həyat tərzi və əsas ehtiyaclarını qarşılamağa da məsul olduğu qeyd olunun açıqlamada humanitar təşkilatların və beynəlxalq ictimaiyyətin ölkə xaricindəki suriyalıların vətənlərinə könüllü olaraq dönməsi üçün lazım olan dəstəyi verməsi tələb olunub.