Mahir Əzimov azadlığa qovuşub

Müsəlman Birliyi Hərəkatının üzvü Mahir Əzimov azadlığa çıxıb. O, həbs dövrünü başa vuraraq cəza çəkdiyi 17-saylı müəssisədən bu səhər buraxılıb. Siyasi məhbus 2022-ci ildə həbs edilmiş və saxta narkotiklərlə ittiham edilmişdi.

Həbs dövründə Əzimovlar ailəsi yeyiyetmə oğulları 14 yaşlı Məhəmməd Əzimovu itirir. Dənizdə boğulan yeniyetmə oğlunun dəfninə M. Əzimov buraxılır və o, bu faciə müddətinə 3 gün ailəsi ilə bərabər olur.

Xatırladaq ki, Əzimov Mahir Yaşar oğlu 2022-ci il 20 iyul tarixində saxlanılmışdı. Dini fəallığı səbəbindən həbs edilən inanclı saxta narkotik ittihamı ilə 8 iyul 2023-cü il tarixində məhkəmənin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.