Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən şərlənərək 21 ay həbsdə saxlanılan və sonradan bəraət alan Mətləb Mustafayevin sabiq nazir, ehtiyatda olan general-polkovnik Eldar Mahmudov, MTN-nin Hərbi Tibb İdarəsinin rəisi, ixtisasca stomotoloq olan general-mayor Məzahir Yaqubov və MTN-nin baş istintaq idarəsinin müstəntiqi olmuş Elşən Murtuzova qarşı mülki qaydada iddiası üzrə məhkəmə prosesi keçirilib.
Axar.az xəbər verir ki, bu gün Nəsimi rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə baş tutan prosesdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin antiterror mərkəzinin əməkdaşları tərəfindən həbs edilən və qanunsuz olaraq 21 ay həbsdə saxlanılan Mətləb Mustafayevin iddia ərizəsi üzrə dinləmə olub.
Hakim bildirib ki, Mətləb Mustafayevin imzası ilə Nəsimi rayon Məhkəməsinə üç iddia ərizəsi daxil olub.
İddiaçı sabiq milli təhlükəsizlik naziri, general polkovnik Eldar Mahmudov, general mayor Məzahir Yaqubov və MTN-nin baş istinaq idarəsinin müstəntiqi olmuş Elşən Murtuzovdan şikayətçi olub. Hər üç şikayət ayrı-ayrılıqda məhkəməyə daxil olduğu üçün ayrıca icraatlara verilib.
Eldar Mahmudov və Məzahir Yaqubova qarşı iddia ərizələri ayrı-ayrı icraatda hakim Emin Mehdiyevin icraatına, Elşən Mrtuzovla bağlı iddia ərizəsi Rəşid Səmədovun icraatına verilib.
Hakim bildirib ki, hər üç şikayətin mahiyyəti eynidir və bu səbəbdən həmin işlərə ayrı-ayrı icraatlarda baxıla bilməz: “Hər üç iddia ərizəsində ayrı-ayrı şəxslər cavabdeh kimi göstərilsə də, iddia ərizəsinin mahiyyəti eynidir. Bu səbəbdən hazırlıq iclası mərhələsində hər üç iddia ərizəsi birləşidirlib və bir icraatda baxılması qərara alınır. Hakim Rəşid Səmədovun icraatında olan şikayətdə tələb olunub və bu işə birləşdiriləcək”.
Daha sonra Eldar Mahmudovun vəkili Cavid Rzazadə bildirib ki, Mətləb Mustafayevin müvəkkilinə qarşı iddia ərizəsi bundan əvvəl Yasamal rayon Məhkəməsində icraata götürülüb: “Həmin məhkəmədə iddiaçı Maliyyə Nazirliyini də cavabdeh qismində tanınması barədə əlavə qeydlər verdi, işi baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilməsini istədi. Yasamal rayon Məhkəməsi iddia ərizəsini əvvəlcə qeydiyyat üzrə icraata götürüb, sonra da Nəsimi rayon Məhkəməsinə göndərməsini düşünmürdük. Amma əksi oldu, iş bu məhkəməyə göndərildi. Biz hesab edirik ki, bu da qanunsuzdur”.
Cavid Rzazadə qeyd edib ki, Mətləb Mustafayev bundan əvvəl Səbail rayon Məhkəməsində MTN-nin Baş istintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevə qarşı iddia ərizəsi qaldırıb, məhkəmənin 10 may 2018-ci il tarixli qətnaməsi var: “Həmin qətnaməyə əsasən, Maliyyə Nazirliyi 5 min manat cərimə olunub. Bir iş üzrə ayrı-ayrı iddia ərizəsi icraata götürülməsi mümkün deyil. Bu səbəbdən bundan əvvəlki qətnamə nəzərə alınmalıdır və bu iddia ərizəsi icraata götürülməməlidir. Iddiaçı indi ayrı-ayrı şikayətlər verib, hər kəsi günahkar biləcək”.
Mətləb Mustafayev isə bildirib ki, işinə qanunsuz baxan hər kəsin barəsində iddia ərizəsi ilə bağlı məhəkəmlərə müraciət edəcək: “Eldar Mahmudov mənim işdən çıxmağımla bağlı sifariş verib, onun sifarişi ilə məni işdən çıxarıblar. Eldar Mahmudovun rəhbərliyi ilə, Antioterror mərkəzinin rəisi Elçin Quliyevin iştirakı ilə həbs edilmişəm, qanunsuz olaraq 21 ay həbsdə saxlanılmışam. Bu müddətdə özüm, ailə üzvlərin nə qədər iztirablar çəkib. İndi məhkəmə Mövlan Şıxəliyevlə bağlı 5 min manat cərimə kəsir. Bu nə məbləğdir? Mən vəkilə pul ödəmişəm, başqa-başqa xərclərim çıxıb, mənəvi zərərçəkmişəm. Evinə qoyulan tapança ilə bağlı ekspertiza xərcləri məndən tutulub. Bakı Apelyasiya Məhkəməsi bəraət hökmü çıxarandan bunları nəzərə almadı, işimə qanunsuz baxan heç bir şəxs haqqında tədbir görülməsi ilə bağlı qərar qəbul etmədi”.
Məzahir Yaqubovun vəkili Telman Abdiyev də iddia ərizəsinin icraata götürülməsini istəməyib. O, bildirib ki, iddiaçı Mətləb Mustafayev bundan əvvəl Məzahir Yaqubovla bağlı Səbail rayon Məhkəməsinə müraciət edib: “Sözü gedən məhkəmə həmin iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edib. İndi eyni iddia ərizəsi ilə eyni şəxs barəsində Nəsimi rayon Məhkəməsinə müraciət edib. Biz hesab edirik ki, bu iddia ərizəsi məhkəmə baxışına verilə bilməz. Çünki bu iddia ərizəsi ilə bağlı başqa məhkəmənin mövcud qətnaməsi var”.
Hakim bildirib ki, Səbail rayon Məhkəməsi iddiaçıya maddı və mənəvi zərərin 5 min manatla ölçülməsi düzgün deyil: “Başqa məhkəmənin mövcud qətnaməsi olduğu üçün başqa qətnamə qəbul edilə bilməz. Pozulmuş hüquqlarla bağlı məhkəmələr tərəfindən Maliyyə Nazirliyi cərimə olunur, bununla bağlı da bir qətnamə çıxarılır. İkinci dəfə qətnamə çıxarıla bilməz. Bu işlə bağlı başqa məhkəmənin qətnaməsi olduğu üçün icraatda birləşdirilən iş baxılmamış saxlanılacaq. Çünki qanunvericilik belə tələb edir”.
Hakim deyib ki, iddia ərizəsi üzrə araşdırma aparılandan sonra qətnamə elan ediləcək.
Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, Mətləb Mustafayev sabiq nazir Eldar Mahmudovun sifarişi ilə şərlənərək həbs edildiyini göstərib və sabiq nazirdən 137 min manat maddi və mənəvi zərərin ödənilməsini istəyir.
Mətləb Mustafayev həmçinin Məzahir Yaqubov və işin ibtidai istintaqını aparan müstəntiq Elşən Murtuzovdan da maddi və mənəvi zərərin ödənilməsini istəyib.
İddiaçı Maliyyə Nazirliyini də cavabdeh qismində göstərib.
Budan başqa, Mətləb Mustafayev MTN-in baş istintaq İdarəsinin sabiq rəisi, ehtiyatda olan general-mayor Mövlan Şıxəliyevə qarşı Səbail rayon Məhkəməsində iddia qaldırıb, onun 63 min manatlıq iddiası qismən təmin edilib, 5 min manat cərimə kəsilib.
Mətləb Mustafayev iddia ərizəsində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın Mövlan Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını göstərib. Ona qarşı həmin idarədə qanunsuz hərəkətlər edilib, guya İran vətəndaşı olan Rza adlı şəxsdən aldığı silahla bağlı ittiham hazırlanıb.
Mətləb Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat ödəməsini tələb edir.
Mətləb Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib. Buna səbəb həm Eldar Mahmudov, həm də Mövlan Şıxəliyev qanunsuz hərəkətlər edən zaman dövlət orqanlarında rəhbər şəxs olduqları qeyd edilib.
Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
MTN-in o dövrdə məhkəməyə göndərdiyi ittihamdan məlum olur ki, Mətləb Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.
Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham verilib və 2015-ci il aprelin 24-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Müdafiə tərəfinin kasasiya şikayətinə Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub. Mətləb Mustafayev apelyasiya şikayətində günahsız olduğunu, MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, MTN-in rəhbər şəxsləri və digər əməkdaşları tərəfindən şərlənərək həbs edildiyini qeyd edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Bundan sonra Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada Mətləb Mustafayevin işinə yenidən baxılıb. Hakim heyətinin qərarı ilə Mətləb Mustafayevin barəsində bəraət hökmü çıxarılıb.
MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyev Mətləb Mustafayevdən başqa vəzifəli şəxslərin əleyhinə ifadə almağa çalışıblar.
MTN ləğv ediləndən sonra nazirliyin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev həbs edilib. O, 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.
İlqar Əliyev intihar edəndən sonra Elçin Quliyev həbs olunub. Elçin Quliyev və onun işçisi Azər Mehdiyevin cinayət işi Bakı Hərbi Məhkəməsində keçirilib.
Məhkəmənin hökmü ilə Elçin Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Elçin Quliyevin barəsində tərtib edilmiş ittiham aktında Mətləb Mustafayev və Malik Mustafayev zərərçəkmiş şəxs qismində tanınıblar.
Mətləb Mustafayev həmçinin zərərçəkmiş Malik Mustafayevin hüquqi varisi qismində də tanınıb.
Qeyd edək ki, Eldar Mahmudov vəzifəsindən kənarlaşdırıldıqdan sonra Mətləb Mustafayevin işi üzrə məhəkəmələrə müdaxilə edilməyib. Bu səbəbdən Mətləb Mustafayevin cinayət işi tam obyektiv aparışdırılıb və onun Eldar Mahmudov, Elçin Quliyev, İlqar Əliyev, Mövlan Şıxəliyev və digər vəzifəli şəxslər tərəfindən şərləndiyi, sifarişlə həbs edildiyi sübuta yetirilib.
Bu səbəbdən onu şərləyən keçmiş rəhbər şəxslərə qarşı məhəkəmlərdə təzminat davası açır. Mətləb Mustafayev həmçinin onu şərləyərək, 21 ay həbsdə saxlayan Eldar Mahmudov və Mövlan Şıxəliyevin barəsində cinayət işi başlanması üçün Baş Prokurorluğa da müraciət ünvanlayıb.
Məhkəmədən Eldar Mahmudovla bağlı qərar

Oxşar xəbərlər