Eldar Mahmudovun qohumu işdən çıxarıldı

Təhsil naziri Ceyhun Bayramov daha bir kadr islahatı həyata keçirib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, nazir bu dəfə qurumun Daxili Nəzarət Şöbəsinin rəhbəri Kənan Quliyevi vəzifəsindən azad edib. 

Qeyd edək ki, K. Quliyevlə bağlı mətbuatda tez-tez mənfi xəbərlər yayılırdı. Onun direktorlardan rüşvət tələb etdiyi ilə bağlı yerli mediada silsilə xəbərlər dərc olunurdu. Hətta K. Quliyevin sabiq MTN naziri Eldar Mahmudovun yaxın qohumu olduğu da bildirilir.

***

Təhsil Nazirliyinin İctimai Əlaqələr Şöbəsinin müdiri Cəsarət Valehov Qaynarinfo-ya  açıqlamasında Quliyevin öz ərizəsi ilə işdən ayrıldığını qeyd edib və həmin vəzifəyə İlqar Mahmudovun təyin olunduğunu əlavə edib.