Ermənistanın Apellyasiya məhkəməsi ötən gün eks-prezident Robert Koçaryanın azadlığa buraxılması ilə bağlı qərar qəbul edib.
Erməni KİV-nə istinadən xəbər verilir ki, siyasətçi toxunulmazlıq hüququndan istifadə edib.
Qeyd edək ki, Koçaryan iyulun sonlarında həbs edilib. O, ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunub. Eks-prezident isə ona qarşı irəli sürülən ittihamı siyasi motivli adlandırıb.
Ölkənin Xüsusi İstintaq Xidməti isə Apellyasiya məhkəməsinin qərarını “qanunsuz” adlandırıb. XİX hesab edir ki, məhkəmə öz səlahiyyələri çərçivəsindən kənara çıxıb: “Ümid edirik ki, Baş Prokurorluq kassasiya şikayəti verəcək”.
Məhkəmə Koçaryanı azadlığa buraxdı - İstintaq Xidməti etiraz etdi

Oxşar xəbərlər