İraqın Nəcəf vilayəti Azərbaycanda orta məktəblərdə hicab qadağasına görə dərslərə buraxılmayan min nəfər qız şagirdi qəbul etməyə hazırdır.
Bu barədə valinin müavini Kərrar Məhbubə bəyanat yayıb. Facebook sosial şəbəkəsindəki hesabında paylaşılan videoda Kərrar Məhbubə hicab qadağasını sərt tənqid edərək, müsəlman ölkələrini Nəcəf vilayətinin təşəbbüsünə dəstək verməyə çağırıb: “Biz bu yerdən elan edirik ki, Əşrəf Nəcəf valiliyi öz müxtəlif və rəngarəng məktəblərində min azərbaycanlı qız tələbəni qəbul etməyə hazırdır. Bu yerdən İraq valiliklərini və müsəlman dövlətlərini çağırıram ki, Əşrəf Nəcəfin yolunu tutsunlar və Azərbaycanda mövcud rejimi ifşa etsinlər”.
Qeyd edək ki, ərəb mediasında vali müavininin çıxışı geniş şəkildə müzakirə olunur. “Əl Arabiya” telekanalı valinin təşəbbüsünü alqışlasa da, Nəcəf vilayətində orta məktəblərdəki vəziyyəti kəskin şəkildə tənqid edib.
Qəzetçi
İraq Azərbaycanda dərslərə buraxılmayan min nəfər qız şagirdini qəbul etməyə hazırdır

Oxşar xəbərlər