Samir Babayev karserə salınıb

Siyasi məhbus Samir Babayev karserə salınıb. Bu barədə məhbusun ailəsi məlumat verib. Avqustun 10-da o, telefonla danışan zaman qəfil əlaqə kəsilib. Bundan sonra S. Babayevin həyat yoldaşı Umbakı həbsxanası ilə əlaqə saxlamağa çalışsa da onunla bağlı heç bir xəbər öyrənə bilməyib.
Avqustun 12-də Umbakıda olan məhbuslardan birinin ailəsi S. Babayevin ailəsi ilə əlaqə saxlayaraq bildirib ki, Samir karserə salınıb və salındığı andan da o, aclıq edir. Onun karserə salınma səbəbi isə müəssisə rəhbərliyinin ona yalnız ailəsi ilə telefon əlaqəsinə icazə verməsi olub. Son telefon zəngində Samir dostlarından biri ilə telefon zəngi həbsxana rəhbərliyinin etirazına səbəb olub və buna görə də o, cəzalandırılaraq karserə salıb.
Samir Babayevin telefon məhdudiyyəti ilə bağlı bu tip problem yaşaması ilk hal deyil. Bundan öncə də o, belə qadağalarla üzləşərək karserə salınıb. Lakin inanclı bu addımları onun hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirir və bununla razılaşmayacağını bildirir.
Artıq 5 gündür karserə salınaraq aclığa başlayan inanclının karser müddətinin nə zaman bitəcəyi isə yalnız Samirin özünün zəngi ilə müəyyən ola bilər.