Nigeriyada məscidə silahlı hücum edildi

Nigeriyanın Sokoto əyalətində məscidə silahlı basqın nəticəsində bir nəfər ölüb, bir neçə nəfər qaçırılıb.

Nigeriyanın Sokoto əyalətində məscid səhər namazı zamanı hücum edilib. Bir qrup silahlı quldur Vurno rayonunun Marnona kəndindəki camaata namazı qılınan zaman məscidi hədəfə alıb. Basqın zamanı bir nəfər ölüb, bir neçə nəfər qaçırılıb.

Şahidlərin sözlərinə görə, hücum edənlər səhər namazı vaxtı məscidə girərək fərq qoymadan atəş açıblar. Həmin an camaat təlaşa düşüb. Atəş bütün kənddə əks-səda verib və bir çoxları evlərini tərk etməyə məcbur olub.

Kənd sakinləri hücum edənlərin müasir silahlarla silahlandığını bildiriblər. Hələlik şəxsiyyətləri müəyyən edilməmiş silahlı şəxslər bir neçə nəfəri zorla məscidən çıxararaq özləri ilə qaçırıblar.